Medianews.az
İsraildən müharibəni dayandırmaq çağırışına<span style=color:red> CAVAB
177 baxış

İsraildən müharibəni dayandırmaq çağırışına CAVAB

“27 ölkənin Qəzza zolağında müharibəni dayandırmaq və humanitar yardımın ora çatdırılmasına icazə vermək çağırışı ədalətsiz və zərərlidir. Həmçinin danışıqlar prosesinə xələl gətirir”. Medianews.az xəbər verir ki, bunu İsrail baş nazirinin müşaviri Dmitri Gendelman telegram kanalında deyib. "Biz müharibəni bitirmək və girovları azad etmək üçün beynəlxalq səylərə hörmət edirik, lakin deməliyik: bir qrup ölkənin birgə bəyanatı kömək deyil, Həmas-a yanlış və təhlükəli siqnal göndərən bir aldatmadır”, - deyə o bildirib. İsrail baş nazirinin köməkçisi vurğulayıb ki, bu çağırış müharibəni başlatanın, girov saxladığı və İsrailin aydın və ədalətli sülh təkliflərini rədd edən HƏMAS-ın olmasına tamamilə məhəl qoymur. O, belə bir birgə bəyanatın ədalətsiz olmaqla yanaşı, həm də zərərli olduğunu, danışıqlar prosesinə xələl gətirdiyini və HƏMAS-da cəzasızlıq hissini gücləndirdiyini vurğulayıb. Medianews.az

Bizə qoşulun