Medianews.az
Yuxusuzluq niyə ziyandır?
129 baxış

Yuxusuzluq niyə ziyandır?

“Yuxusuz bir gecənin vurduğu zərəri ertəsi gün daha çox yatmaqla kompensasiya edə biləcəyiniz inancı doğru deyil”. Medianews.az xəbər verir ki, bunu neyrofizioloq Reybel Uiks deyib. O, ertəsi gün və ya həftə sonu yuxuya yetişməyə çalışaraq yuxusuzluğun verdiyi zərərin qarşısını almağın mümkün olmayacağını xəbərdar edib. Neyrofizioloq, yuxusuzluğun bütün orqan və sistemlərə təsir etdiyini vurğulayıb. Yuxusuzluğun fəsadları arasında o, idrak funksiyalarının pozulması, əhval-ruhiyyənin dəyişməsi, performansın azalması, immun sisteminin zəifləməsi, vaxtından əvvəl qocalma, hipertoniya, şəkərli diabet və piylənmə riskinin artması kimi hallar müəyyən edib. Medianews.az

Bizə qoşulun