Medianews.az
Yamal Messi ilə məşhur şəkli barədə <span style=color:red>ilk dəfə danışdı
166 baxış

Yamal Messi ilə məşhur şəkli barədə ilk dəfə danışdı

"Barselona"nın hücumçusu Lamin Yamal argentinalı ulduz futbolçu Lionel Messinin onu uşaq vannada çimdirdiyinin yer aldığı məşhur fotoşəkli şərh edib. Oxu.Az bu barədə "Barca Universal" saytına istinadla xəbər verir. "Messinin məni qollarında saxlamasından təəccüblənmişdim. Həmin vaxt nə etdiyimi bilmirəm, amma tarixin ən yaxşı futbolçusu ilə şəklimin olmasına görə çox şadam", - deyə Yamal söyləyib. Xatırladaq ki, 2008-ci ildə "Barselona" əsas komandanın oyunçularının fotolarından ibarət təqvim dərc etmişdi. Fotoların birində Messi həmin vaxt beş aylıq olan Yamalı çimdirirdi.

Bizə qoşulun