16.07.2025, 13:06
88 baxış
Nailə
İrfan Can Kahvecidən Fənərbağça azarkeşlərini üzəcək qərar: Avropaya getmək istəyir
Fənərbağçada az oyun şansı qazanan İrfan Can Kahveci klubdan ayrılmaq qərarına gəlib.
Medianews.az xarici mediaya istinadən bildiri ki, 29 yaşlı millî futbolçunun menecerinə “Mənə Avropadan klub tap” dediyi bildirilir.
Yaxın günlərdə bu qərarını rəsmi olaraq klub rəhbərliyinə də təqdim edəcəyi gözlənilir.
Ötən mövsüm məşqçi Jose Mourinhonun rəhbərliyi altında daha çox ehtiyat oyunçular skamyasında qalan və məhdud şans əldə edən İrfan Can, yeni transferlərlə birlikdə ilk “11”də yer almağın daha da çətinləşəcəyini düşünür. Bu səbəbdən futbolçu Avropada karyerasını davam etdirmək istəyir.
Qeyd edək ki, ötən mövsüm 42 matçda meydana çıxan İrfan Can Kahveci, 1446 dəqiqə oynayaraq 3 qol və 4 assistlə yadda qalıb. Onun transfer qiyməti 7 milyon avro olaraq göstərilir
Medianews.az