Medianews.az
Bakıda söküntü başlayır - <span style=color:red>Nə qədər kompensasiya veriləcək?
265 baxış

Bakıda söküntü başlayır - Nə qədər kompensasiya veriləcək?

Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir. Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, artıq siyahıya alınma prosesinə başlanılıb. Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib. İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir. Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bakı şəhərinin inkişafı istiqamətində görülən abadlıq-quruculuq işlərinin genişləndirilməsi məqsədilə Nəsimi rayonunun müvafiq əraziləri üzrə müfəssəl məlumatların toplanması istiqamətində işlər aparılır: "Həmin ərazilərdə söküntü işlərinin aparılıb-aparılmaması ilə bağlı heç bir məlumatımız yoxdur".

Bizə qoşulun