04.07.2025, 09:42
160 baxış
Lamiyə
Orban Ukraynadan gələn yeni təhlükəni AÇIQLADI
“Ukrayna xüsusi xidmət orqanları ölkənin Avropa İttifaqına (Aİ) qoşulmasını təsdiqləyən ukraynayönlü hökuməti hakimiyyətə gətirmək üçün Macarıstanda 2026 -cı ildə keçiriləcək parlament seçkilərinə fəal şəkildə təsir göstərməyə çalışırlar”.
Medianews.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"Macarıstanda daha bir böyük partiyanın yaradılması üçün bütöv bir plan hazırlanıb və seçkilərdə mütləq qalib gəlməli (...). Ukraynada onlar başa düşürlər ki, yaxın 10 ildə Avropa üçün ən vacib gündəm müharibə və sülh məsələsi olacaq, yəni müharibə edən ölkənin Aİ-yə qəbul edilib-edilməyəcəyi məsələsi olacaq. Ona görə də onlar davamlı olaraq ölkəmizdə xüsusi xidmət aksiyaları keçirirlər", - deyə bildirib.
Orban həmçinin qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanlarının “aktiv fəaliyyəti” təkcə siyasətçilər arasında deyil, həm də təşkilatlar, rəy liderləri və media arasında daimi əsaslarla baş verir.
Medianews.az
Paylaş: