03.07.2025, 09:07
147 baxış
Lamiyə
Uşağın əli yoxlama aparatında QALDI – VİDEO 18+
Rusiyada vağzalda 5 yaşlı uşağın əli yoxlama aparatında qalıb.
Medianews.az xəbər verir ki, hadisə Sankt-Peterburqda, Moskva dəmir yolu vağzalında baş verib.
Uşağın anası cihaza maraq göstərən oğlunun əlini aparata saldığını görməyib. Bilək lentlə metal rulonun arasında qalıb. Nəticədə uşaq xəstəxanaya yerləşdirilib.
Yoxlanış zamanı heç bir sınıq aşkar edilməyib. Uşağın dirsək və sağ çiyini əzilib. Həkimlər yaralı qolunu gipsə salıblar və müalicəsini başa çatdırmaq üçün evə göndəriblər.
Medianews.az