02.07.2025, 15:22
150 baxış
Lamiyə
Daha üç itkin-şəhid dəfn olunacaq
Daha üç Birinci Qarabağ müharibəsi itkin-şəhidi dəfn olunacaq.
APA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Qeyd edilib ki, iyulun 4-də hərbçilər Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğlu Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.