30.06.2025, 09:03
84 baxış
Azad
Tramp Rusiya əleyhinə layihəni dəstəkləyib
Prezident Tramp Senatda Rusiyaya qarşı hazırlanmış qanun layihəsinin qəbuluna dəstək verib.
Medianews.az-ın məlumatına görə, bunu layihənin həmmüəllifi, respublikaçı senator Lindsi Qrehem (Lindsey Graham) bildirib.
"Biz qolf oynayarkən prezident mənə dedi ki, bu qanun layihəsini irəli sürməyin vaxtıdır" - deyə Qrehem söyləyib.
Layihədə Rusiyadan neft-qaz və digər mallar alaraq onun Ukraynaya qarşı müharibəsinə dolayı dəstək verən ölkələrə 500% rüsumun tətbiqi nəzərdə tutulub. Sənəd daha çox Çin və Hindistanı hədəf alıb.
Qanun layihəsinə indiyədək rekord sayda - 100 senatordan 84-ü imza atıb. Bu, ABŞ qanunvericilik praktikasında nadir rast gəlinən ikipartiyalı konsensusdur. Layihənin iyul ayı ərzində müzakirəyə çıxarılaraq qəbulu planlaşdırılıb. O vaxta qədər Tramp Rusiya ilə danışıqlarda bundan təzyiq faktoru kimi yararlanaraq Putini sülhə razı salmaq üçün sonuncu cəhdini edəcək.
Medianews.az