30.06.2025, 09:13
109 baxış
Lamiyə
İldırım vurmasından sağ çıxan 4 rəfiqə bunu etdi
Dörd ABŞ qadını Florida ştatında ildırım vurmasından sağ çıxaraq və möcüzəvi xilasetmələrini xatırlamaq üçün eyni döymələr etdirməyə qərar veriblər.
Medianews.az xəbər verir ki, şənbə günü, iyunun 21-də bacılar Danielle və Taylor Sturgill və onların iki dostu Becky Conson və Kelly Bryant Florida ştatının Marko adasında istirahət edirdilər.
Onlar sahildə idilər və yaxınlaşan tufan barədə xəbərdarlıq edən siren səsləndi. Ən yaxın sığınacaq amerikalıların pis hava şəraitindən gizləndiyi samandan daxma idi. Tezliklə binanı ildırım vurdu. "Yadımdadır, kiminsə başımı sıxdığını hiss edirəm. Sonra huşumu itirdim" Danielle Sturgill deyib.
Hadisə yerinə gələn xilasedicilər müəyyən ediblər ki, üç qadın yüngül xəsarət alıb, lakin onların hamısı hər ehtimala qarşı xəstəxanaya yerləşdirilib. Yanğınsöndürmə rəisinin izah etdiyi kimi, ildırım daxmanı vursa da, qurbanların heç birinə birbaşa təsir etməyib. "İnsanlarla ildırım arasında birbaşa təmas olmayıb. Lakin onun enerjisi, elektrik cərəyanı onlara təsir edib", - xilasedici izah edib.
Conson zərbədən sonra huşunu itirdiyini, özünə gəldikdə isə heç nə eşitmədiyini və az qala bir müddət kor olduğunu söyləyib. Qadınlar sağ olduqları üçün şanslı olduqlarını söylədilər və möcüzəvi xilasetmələrini xatırlamaq üçün uyğun tatuajlar etdirməyə qərar veriblər. "Budur, qızlardan ibarət səyahətini xatırlamaq üçün ildırım döymələri edirik" deyə Conson döymə salonunda verdiyi müsahibədə bildirib.
Medianews.az