Medianews.az
Rusiyada təyyarə qəzası: <span style=color:red>Pilot öldü
119 baxış

Rusiyada təyyarə qəzası: Pilot öldü

Primorsk vilayətində yüngül "ZLIN-142" təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub. Publika.az xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb. Qəza iyunun 28-də saat 09:45-də (Bakı vaxtı ilə 03:45) Rusiya vilayətindəki Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında baş verib. Təyyarədə 1967-ci il təvəllüdlü kişi olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (hava nəqliyyatında təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi açılıb.

Bizə qoşulun