27.06.2025, 15:56
130 baxış
Lamiyə
Qusarda əcnəbiləri daşıyan mikroavtobus aşdı
Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.
Medianews.az “Report”a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.