24.06.2025, 09:34
132 baxış
Nailə
Dövlət Sosial Müdafiə Fondunun xərcləri artdı
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 270,1 mln. manat artıb.
Bu barədə Medianews.az -a DSMF-dən məlumat verilib.
"2025-ci ilin yanvar-may ayları ərzində DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 270,1 mln. manat və ya 9,5% artıb.
Xərclərin 96,8%-ni əhaliyə ödənişlər təşkil edib", - məlumatda bildirilib.