Medianews.az
Yer kürəsi bu tarixdə <span style=color:red>dağılacaq
180 baxış

Yer kürəsi bu tarixdə dağılacaq

Mütəxəssislərin iddiasına görə, dünyada hamını düşündürən qiyamətin tarixini təyin edə bilən, yəni "Yer üzündə həyat nə vaxt bitəcək?" sualını cavablandıran superkompüter var. NASA ilə birgə çalışan Yaponiyanın Toho Universiteti mütəxəssislərinin fikrincə, dünyanın sonu dəyişməz iqlim dəyişikliyi səbəbindən baş verəcək. Medianews.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində aydınlaşıb ki, günəşin aktivliyinin tədricən çox yüksək həddə qalxması ilə temperatur artacaq. Elə bu səbəbdən də atmosferdəki oksigen səviyyəsi azalacaq, daha sonra isə proseslər nəticəsində yer yaşayış üçün tam yararsız hala düşəcək. Alimlər bildirib ki, bütün bunlar 1000002021-ci ildə baş verəcək. Tədqiqatçıların sözlərinə görə, onlar yeni superkompüterlərdən istifadə ediblər və unikal biogeokimyəvi model hazırlayıblar. Mütəxəssislər iddia ediblər ki, məhz yeni model yüksək oksigen səviyyəsinin indiki dövrdə yerin geoloji tarixində müvəqqəti hadisə olduğunu göstərib. Medianews.az

Bizə qoşulun