Medianews.az
DTX Qaxda əməliyyat keçirib: <span style=color:red>icra başçısı və müavinləri saxlanılıb
244 baxış

DTX Qaxda əməliyyat keçirib: icra başçısı və müavinləri saxlanılıb

Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Medianews.az xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib. İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb. Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq news24.az saytı yayıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar.

Bizə qoşulun