18.06.2025, 08:09
150 baxış
Azad
Azərbaycan universitetləri qlobal reytinqdə
“Times Higher Education Impact Ranking 2025” açıqlanıb. Bu reytinq 2526 universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) töhfəsini qiymətləndirir.
Təhsil eksperti Kamran Əsədov Medianews.az-a bildirib ki, Azərbaycan bu il 25 universitetlə təmsil olunaraq öz tarixində ən yüksək iştirak göstəricisinə nail olub. Ötən il bu rəqəm cəmi 17 idi.
401–600-cü yerlər:
– Bakı Dövlət Universiteti
– Xəzər Universiteti
801–1000-ci yerlər:
– Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
– Bakı Ali Neft Məktəbi (ilk dəfə)
1001–1500-cü yerlər:
– Azərbaycan Tibb Universiteti
– Azərbaycan Dövlət Aqrar Universiteti (ilk dəfə)
– Lənkəran Dövlət Universiteti (ilk dəfə)
– Qərbi Kaspi Universiteti
1501+ yerlər:
– Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ilk dəfə)
– Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
– Azərbaycan Dövlət Pedaqoji Universiteti
– Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
– Azərbaycan Texniki Universiteti
– Azərbaycan Texnologiya Universiteti (ilk dəfə)
– Azərbaycan Turizm və Menecment Universiteti
– Azərbaycan Memarlıq və İnşaat Universiteti
– Azərbaycan Dillər Universiteti
– Bakı Musiqi Akademiyası (ilk dəfə)
– Bakı Mühəndislik Universiteti
– Bakı Avrasiya Universiteti
– Bakı Slavyan Universiteti (ilk dəfə)
– Gəncə Dövlət Universiteti
– Mingəçevir Dövlət Universiteti (ilk dəfə)
– Naxçıvan Dövlət Universiteti
– Sumqayıt Dövlət Universiteti
İlk dəfə reytinqə düşən 9 universitet: Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Musiqi Akademiyası, Mingəçevir Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texnologiya Universiteti.
K.Əsədov hesab edir ki, bu uğur təkcə universitetlərin yox, bütövlükdə Azərbaycanın ali təhsil sisteminin beynəlxalq müstəvidə tanınmağa başladığının sübutudur: "Qürurverici haldır ki, Azərbaycan universitetləri bu reytinqdə Gürcüstan və Ermənistan universitetlərini geridə qoyaraq regional lider mövqeyini möhkəmləndirib. Bu nəticə göstərir ki, Azərbaycan ali təhsili təkcə sayla deyil, keyfiyyətlə də regionda ön sıralardadır. Gürcüstan və Ermənistan universitetləri bu reytinqdə daha zəif mövqe tutaraq Azərbaycanın artan akademik və sosial nüfuzuna çatmaqda geri qalıblar. Biz artıq qonşu ölkələri arxada qoyaraq qlobal standartlara uyğun, dayanıqlı və rəqabətqabiliyyətli universitet modeli formalaşdırırıq. Bu nəticələr onu göstərir ki, davamlı inkişaf, ətraf mühitə həssas yanaşma, sosial bərabərlik, təhsil keyfiyyəti və cəmiyyətə töhfə baxımından Azərbaycan universitetləri dünya miqyasında söz sahibidir".
Nailə Qasımova,
Medianews.az