Medianews.az
Azərbaycan XİN İsrail-İran qarşıdurması ilə bağlı <span style=color:red>bəyanat yayıb
113 baxış

Azərbaycan XİN İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb. Medianews.az  xəbər verir ki, bəyanatda deyilir: “İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq. Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.

Bizə qoşulun