12.06.2025, 09:57
143 baxış
Lamiyə
Zelenski özünü onunla müqayisə etdi
Ukrayna prezidenti Volodimir Zelenski özünü Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilllə müqayisə edib.
Medianews.az xəbər verir ki, müsahibə zamanı Ukrayna lideri həmçinin Rusiya ilə hazırkı münaqişəni Böyük Britaniyanın İkinci Dünya Müharibəsi zamanı Hitlerin təcavüzündən müdafiəsi ilə müqayisə edib.
Bunun fonunda Zelenski qeyd edib ki, o da vaxtaşırı ümidsizlik yaşayır. “Hətta Uinston Çörçill də faşistlərlə döyüşərkən ümidsizlik anlar yaşadı”, - deyə Ukrayna prezidenti yekunlaşdırıb.
Onun sözlərinə görə, hazırda ölkəsi də düşmən qoşunlarının aktiv hücumunu dəf etməlidir. Bununla belə, Ukraynanın Rusiya ordusunun hücumuna müqavimət göstərməkdən başqa çarəsi yoxdur.
Medianews.az
Paylaş: