Medianews.az
İran ətrafında növbəti gərginlik: <span style=color:red>Döyüş hazırlıqları gedir
118 baxış

İran ətrafında növbəti gərginlik: Döyüş hazırlıqları gedir

İran mənbələrinin məlumatına görə, ölkənin bütün müdafiə sistemləri tam hazırlıq vəziyyətinə gətirilib. Rəsmi dairələrdən verilən açıqlamada bildirilir: “Milli təhlükəsizliyə yönələn istənilən təhlükə dərhal cavabını alacaq”. Bu xəbər regionda gərginliyin artıq qaynar nöqtəyə yaxınlaşdığı bir zamanda yayılıb. İsrailin mümkün zərbələri və ABŞ-ın intensiv hazırlıqları fonunda İranın bu addımı vəziyyətin nə qədər ciddiləşdiyini bir daha göstərir. Sözlər yerini hər an əməliyyata verə bilər. ABŞ İranın əli çata biləcək ölkələrdəki bütün səfirliklərinə fövqəladə tədbirlər üzrə komitələr yaratmağı və Vaşinqtonla sutka ərzində birbaşa əlaqədə olmağı əmr edib. “Washington Post” qəzetinin yazdığına görə, ABŞ və İran arasında bu həftənin sonuna planlaşdırılmış altıncı danışıqlar raundunun baş tutması getdikcə daha az ehtimal olunur. İsrail isə İranda hərbi əməliyyata başlamağa hazır olduğunu ABŞ rəsmilərinə bildirib. “Washington Post” yazır ki, ABŞ İsrailin İrana mümkün zərbəsini gözləyərək yüksək hazırlıq vəziyyətindədir. Qərb mediası xəbər verir ki, Yaxın Şərqdə vəziyyət fəlakət həddindədir. ABŞ hərbi obyektləri döyüş hazırlığına gətirilib, Ağ evdə Prezident Trampın iştirakı ilə təcili müşavirə keçirilib. Məlumatlara görə, ABŞ İraqdakı səfirliyindən diplomatları təcili təxliyə edir. İran xəbərdarlıq edir ki, müharibə başlasa, bütün Amerika bazalarına tərəddüdsüz zərbələr endiriləcək. Gərginliyin səbəbi ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olmasıdır. Böyük Britaniya tankerləri Fars körfəzini keçərkən son dərəcə ehtiyatlı olmağa çağırıb. Bu xəbərlərin fonunda neftin qiyməti artıq 5% bahalaşıb — bir barel üçün demək olar 70 dollara çatıb. Elçin Alıoğlu

Bizə qoşulun