Medianews.az
Prezident Sərəncam imzaladı
105 baxış

Prezident Sərəncam imzaladı

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Medianews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri: Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Emin Əmrullayev - Azərbaycan Respublikasının elm və təhsil naziri Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Şahmar Mövsümov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Arif Səmədov - Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Aygün Əliyeva - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Səbinə Hacıyeva - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüqar Qurbanov - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Ceyran Mahmudova - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri İlqar Musayev - Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Gülşən Rzayeva - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Umayra Tağıyeva - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Səadət Yusifova - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini. Təşkilat Komitəsinə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirmək, əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb. Nazirlər Kabineti Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməli və digər zəruri məsələlərin həlli üçün tədbirlər görməlidir.

Bizə qoşulun