04.06.2025, 20:35
94 baxış
Azad
Bəzi ərazilərdə qaz olmayacaq
Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Azxəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Muğan Kənd" ölçü qovşağından qidalanan, diametri 225 mm PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar iyunun 5-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2, Cəngən, Tava, Tağlı, Qubalı kəndlərində (1 545 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Sabah Abşeron rayonunun bəzi ərazilərində də qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin məlumatına görə, Abşeron rayonunun Masazır qəsəbəsi, "Qurtuluş 93" ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.