Medianews.az
Türkiyədə inflyasiya <span style=color:red>35 faizi ötür
149 baxış

Türkiyədə inflyasiya 35 faizi ötür

Mayda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 35,41 faiz artıb. Medianews.az -ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 111-də bahalaşma, 28-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib. Ərzaq və spirtsiz içkilərdə bahalaşma 32,87 faiz göstərilir. İyunun 3-də 1 ABŞ dollarının rəsmi qiyməti 39,1 Türkiyə lirəsini ötür. Azərbaycan Mərkəzi Bankı 100 lirəni 4 manat 34 qəpiyə satır. 2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun