Medianews.az
Fransada avtomobil futbol fanatlarının üzərinə sürüldü
80 baxış

Fransada avtomobil futbol fanatlarının üzərinə sürüldü

Fransanın Qrenobl şəhərində avtomobil futbol azarkeşlərinin üzərinə sürülüb. Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli hökumət orqanlarına istinadən "Le Parisien" nəşri məlumat yayıb. Hadisə baş verən zaman futbol azarkeşləri PSJ-nin Çempionlar Liqasının finalındakı qələbəsini şəhərin mərkəzində qeyd edirdilər. İnsident nəticəsində dörd nəfər yaralanıb. Futbol azarkeşlərini mərkəzi tramvay relsləri ilə yüksək sürətlə hərəkət edən sürücü vurub. Qəzet mənbəyə istinadən qeyd edir ki, sürücünün hərəkətləri qəsdən olmayıb. Qeyd edək ki, paytaxt Parisdə də PSJ-nin qələbəsindən sonra iğtişaşlar qeydə alınıb. Paris polisi iğtişaş törədən 68 futbol azarkeşini həbs edib.

Bizə qoşulun