30.05.2025, 10:12
144 baxış
Azad
Ölkədə 1083,8 manat, Bakıda 1357,3 manat
2025-ci il aprelin 1-nə Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1357,3 manata çatıb.
Medianews.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsi belə hesabat yayıb.
Rəsmi açıqlamada qeyd olunur ki, yanvar-aprel aylarında paytaxt sənayesində 17 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, bir il öncə ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 4,7 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 19,3 faiz, ödənişli xidmətlərin dəyəri real ifadədə 11,2 faiz artıb.
Dövlət Statistika Komitəsi aprelin 1-nə ölkə üzrə orta aylıq maaşı 1083,8 manat göstərib.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.
Toğrul Əli,
Medianews.az