Medianews.az
“Ermənistan Fransanı Zəngəzura gətirir” – <span style=color:red>Siyasi şərhçi
147 baxış

“Ermənistan Fransanı Zəngəzura gətirir” – Siyasi şərhçi

“Fransanın Zəngəzurda konsulluq açması əsasən Zəngəzur dəhlizinə gələcək perspektivdə nəzarət etmək planının tərkib hissəsidir”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Ermənistan bununla Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək təsirini neytrallaşdırmaq istəyir: “Məhz Ermənistan bir müddət bundan əvvəl İranla sərhəddən Rusiya hərbçilərini çıxardı. Həmçinin Azərbaycanla şərti sərhəddə Zəngilan istiqamətində Rusiya postunu ləğv etdi. Artıq Rusiyanı deyil, Ermənistan Fransanı Zəngəzura gətirir. Bir müddətdən sonra Ermənistan Fransanın məhdud hərbi kontingentini regionda yerləşdirə bilər. Rusiyanın müdafiə naziri Ermənistanın bu siyasətindən narazılığını dilə gətirib. Fransanı regionda təsirini artırmaqda ittiham edib. Göründüyü kimi, Zəngəzura nəzarət etmək uğrunda Rusiya ilə Fransa arasında maraq toqquşması gedir. Ermənistanın baş naziri Nikol Paşinyan burada Rusiyanı deyil, Fransanı seçdi. Azərbaycan Ermənistana Zəngəzura xarici hərbi kontingentin gətirilməsi barədə ciddi xəbərdarlıq etməlidir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun