Medianews.az
Bakıda orta aylıq <span style=color:red>maaş artdı
123 baxış

Bakıda orta aylıq maaş artdı

Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 303,2 manat təşkil edib. Bu barədə Axar.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əmək haqqı 2024-cü ilin yanvar-fevral ayları ilə nisbətən 5,9 % artıb. Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10,2 artaraq 1 043,6 manat təşkil edib.

Bizə qoşulun