Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha 2 görüşü keçirilib. Teleqraf xəbər verir ki, günün ilk matçında Monteneqro yığması Polşanı minimal hesabla yenib - 1:0. Bosniya və Herseqovina isə Tailand üzərində qələbə qazanıb - 2:1. 1/4 finalda Monteneqro Çexiya - İsrail cütünün qalibi ilə üz-üzə gələcək. Bosniya və Herseqovina isə Serbiya - Gürcüstan qarşılaşmasının qalibinə rəqib olacaq.