Medianews.az
Xarici valyutaların kursu <span style=color:red>necə dəyişir?
161 baxış

Xarici valyutaların kursu necə dəyişir?

Mayın 22-si Azərbaycan Mərkəzi Bankının məzənnə cədvəlində ən bahalı xarici valyuta Küveyt dinarıdır: 5,5418 manat. İngilis funt sterlinqi banklara 2,2826, İsveçrə frankı 2,0610, avro 1,9260, ABŞ dolları 1,7, Sinqapur dolları 1,3189, Kanada dolları 1,2273, Avstraliya dolları 1,0961, Yeni Zelandiya dolları 1,0080 manata təklif olunur. Mərkəzi Bank ABŞ dollarını 2018-ci il martın 7-dən 1,7 manata satır. Qalan xarici valyutaların rəsmi kursu müntəzəm yenilənir. Medianews.az bildirir ki, avro 2025-ci ilə 1,7536 manatla başlayıb, mayın 22-dək rəsmi məzənnə 1,9604 manatı keçməyib. Türkiyə lirəsinin həm start, həm də maksimal kursu 0,0481 manat olub. 100 Rusiya rublunun ilkin qiyməti 1,5373 manat, ən yuxarı həddi 2,1290 manat göstərilib. Gürcüstan larisi yola 0,6053 manatla çıxıb, maksimum kurs mayın 22-də qeydə alınıb: 0,6213 manat. Toğrul Əli, Medianews.az

Bizə qoşulun