22.05.2025, 14:04
133 baxış
Nailə
Evinə girən oğrunu öldürüb bişirdi: Qəssabdan dəhşətli etiraf - FOTO
Fransalı qəssab Filip Şnayder evinə oğurluğa girən şəxsi öldürdüyünü və sonra bişirdiyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “New York Post” yazıb.
Bildirilib ki, 69 yaşlı Filip Şnayder və onun həyat yoldaşı 45 yaşlı Natalia Kabubasi 2023-cü ildə yoxa çıxan 60 yaşlı Corces Meiklerin qətlində şübhəli bilinirlər.
İddiaya görə, Şnayder polisə deyib ki, o və Kabubasi Meikleri Fransanın Brask kəndində meşənin dərinliklərində yerləşən evlərində oğurluq edərkən öldürüblər.
Hadisədən sonra təşvişə düşən cütlük qətli ört-basdır etməyə çalışıb. Şnayder meyiti parçalara ayıraraq onu bişirdiklərini etiraf edib. Lakin ortağı Kabubasi ittihamları rədd edib.
Qeyd olunub ki, məhkəmənin qərarı bu gün elan olunacaq.