21.05.2025, 07:37
141 baxış
Lamiyə
Bu ölkə alkoqol təcrübəsi üçün könüllülər axtarır
İspaniyada Navarra Universiteti orta dərəcədə alkoqol istehlakının sağlamlığa təsirini işıqlandırmaq məqsədi daşıyan böyük bir araşdırmaya başlayacaq.
Medianews.az xəbər verir ki, UNATI layihəsinə müntəzəm, lakin orta dərəcədə spirtli içki qəbul edən 50-70 yaş arası 10.000 könüllü daxildir.
Alimlər alkoqolun ürək-damar sisteminə uzunmüddətli təsirini, xərçəng, demans və digər xəstəliklərin inkişaf riskini qrupdakı göstəricilərlə müqayisə etməyi planlaşdırır.
İşə Navarra Universitetinin profilaktik tibb professoru və Harvard Xalq Sağlamlığı Məktəbinin müəllimi Miguel Angel Martinez González rəhbərlik edir. Tədqiqat dörd il davam edəcək və bu ilin iyun ayına qədər həftədə ən azı üç spirtli içki qəbul edən 10.000 insanı işə cəlb etmək məqsədi daşıyır.
Layihə ERC Advanced Grant proqramı çərçivəsində Avropa Tədqiqat Şurası tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmə həcmi 2,4 milyon avrodur.
Medianews.az
Paylaş: