16.05.2025, 12:55
167 baxış
Azad
Genişzolaqlı internetin sürəti: Azərbaycan 5 pillə irəlilədi
Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın aprel ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 76,87 Mbit/s-ə çatıb.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a deyib ki, bu, illik sürətin 96% artımı deməkdir: “Ötən ilin aprel ayında göstərici 39.24 Mbit/s idi. Bu dinamikanın əsas səbəbi “Onlayn Azərbaycan” layihəsidir. Layihə müddətində ölkə üzrə ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışı 13 dəfə artırılıb və 4 il ərzində 230 mindən 3 milyona çatdırılıb.
Layihənin əsas operatoru olan “Aztelekom” “Ookla” tərəfindən ölkəmizin ən sürətli internet provayderi seçilib və “İDATE” tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” mükafatına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə yerli şirkətə təqdim edilib”.
Nailə Qasımova,
Medianews.az
Paylaş: