Medianews.az
"Qarabağ" Vinsent Abubakarı <span style=color:red>TRANSFER EDİR? - Klub açıqladı - YENİLƏNİB
132 baxış

"Qarabağ" Vinsent Abubakarı TRANSFER EDİR? - Klub açıqladı - YENİLƏNİB

Hazırda Ağdam təmsilçisinin 33 yaşlı hücumçu ilə danışıq apardığı, onun ölkəmizdə çıxış etməyə müsbət yanaşdığı bildirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun mətbuat xidmətindən bildirilib ki, yayılan xəbər həqiqəti əks etdirmir. Qeyd edək ki, hazırda azad agent olan Vensan Abubakar son olaraq Türkiyədə "Hatayspor"un formasını geyinib. O bu ölkədə "Beşiktaş"ın uğurları üçün də çalışıb. 09:50 Kamerun millisinin hücumçusu Vensan Abubakarın adının "Qarabağ"la hallanması ulduz futbolçunun ölkəsində geniş müzakirə mövzusuna çevrilib. Medianews.az Futbolinfo.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvardın nümayəndələrinin hazırda "Qarabağ"la danışıqları davam etdirdiyi yazılıb. "Hatayspor"dan ayrıldığı üçün hazırda azad agent statusu daşıyan Abubakarın Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb. O, yenidən UEFA Çempionlar Liqasında çıxış etmək istədiyindən bu varianta biganə deyil. Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində "Portu", "Beşiktaş", "Ən-Nəsr" kimi tanınmış klubların formasını geyinib.

Bizə qoşulun