Medianews.az
Məktəbli qız məşq zamanı <span style=color:red>ÖLDÜ
103 baxış

Məktəbli qız məşq zamanı ÖLDÜ

Rusiyada 14 yaşlı məktəbli məşq zamanı başından nizə ilə ölümcül yaralanıb. Medianews.az xəbər verir ki, faciə mayın 3-də Proxladnı şəhərində (Kabardin-Balkar) idman məktəbində yüngül atletika məşqi zamanı baş verib. Məlumata görə, 17 yaşlı yeniyetmə müəllimin nəzarəti olmadan nizə atıb, hansı ki, 14 yaşlı qızın başından dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər bir neçə gün məktəbli qızın həyatı üçün mübarizə aparsa da, təəssüf ki, qız dünyasını dəyişib. Uşağın ölümü ilə bağlı cinayət işi açılıb. Artıq müstəntiqlər hadisə şahidlərini, idman məktəbinin və aidiyyəti nazirliyin əməkdaşlarını dindiriblər. İdarədən bildirilib ki, məsul şəxslərin əməllərinə hüquqi qiymət veriləcək. Medianews.az  

Bizə qoşulun