07.05.2025, 09:19
71 baxış
Lamiyə
24 yaşlı qızın ölümcül xəstəliyini digər xəstəliklə səhv saldılar
Həkimlər 24 yaşlı Bet Harrisin qan xərçəngini ağciyər infeksiyası ilə səhv salıblar.
Medianews.az xəbər verir ki, o, əsl diaqnozu necə öyrənə bildiyini açıqlayıb.
Böyük Britaniya sakininin dediyinə görə, yeganə narahatedici simptom fevral ayında başlayan şiddətli öskürək idi. Onun həkimə getmək fikri yox idi, amma narahat olan valideynləri və sevgilisi müayinədən keçməkdə israr ediblər.
Gənc qadın xatırlayır ki, əvvəlcə ağciyər infeksiyasına görə antibiotiklərlə müalicə olunub, lakin dərmanlar kömək etməyib. Daha sonra o, əlavə müayinəyə göndərilib. Həkimlər onun nəticələrinə baxan kimi xərçəngin bütün markerlərini görüblər.
Qız aydınlaşdırıb ki, ona II mərhələ B hüceyrəli limfoma diaqnozu qoyulub. Onun sözlərinə görə, sonradan həkimlər ona bunun ölümcül və məkrli xəstəlik olduğunu deyiblər. Belə bir diaqnozla öskürək yox ola bilər, lakin bu halda o, ən çox növbəti Milad bayramına qədər yaşayacaq, çünki xərçəng inkişaf etməyə davam edəcək.
O, əlavə edib ki, hazırda altı ay davam edən kimyaterapiya kursu keçir. "Həkimlər ümid edir ki, oktyabr ayına qədər remissiyaya düşəcəyəm”, - deyə qız bildirib.
Medianews.az