Medianews.az
Tramp kabinetdəki yeganə boş vəzifəyə <span style=color:red>namizəd irəli sürdü
90 baxış

Tramp kabinetdəki yeganə boş vəzifəyə namizəd irəli sürdü

ABŞ prezidenti Donald Tramp kabinetdəki yeganə boş vəzifəyə – BMT-dəki daimi nümayəndə postuna Mayk Uoltsu namizəd göstərib. Medianews.az bildirir ki, təyinat Konqresin yuxarı palatası olan Senatın qərarı ilə rəsmiləşməlidir. Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp 2017-2021-ci illərdə prezident olub, 2025-ci il yanvarın 20-dən yenə dövlət başçısıdır. Seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur, Ağ ev aparatının başçısı vəzifəsinə Syuzan Uayls gətirilib. Kabinetdəki qalan postlar bu şəxslərə həvalə olunub: dövlət katibi – Marko Rubio, müdafiə naziri – Piter Heqset, ədliyyə naziri – Pamela Co Bondi, daxili işlər naziri – Duqlas Burqum, daxili təhlükəsizlik naziri – Kristi Noem, maliyyə naziri – Skott Bessent, nəqliyyat naziri – Şon Daffi, energetika naziri – Kristofer Rayt, kənd təsərrüfatı naziri – Bruk Rollins, ticarət naziri – Hovard Lütnik, tikinti və şəhər inkişafı naziri Skott Turner, təhsil naziri Linda Makmen, əmək naziri – Lori Çaves-Deremer, səhiyyə və sosial xidmətlər naziri – Robert Kennedi, veteranlarla iş naziri – Duqlas Kollins, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff, Milli Kəşfiyyatın direktoru – Tulsi Qabbard, İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout, Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler, ticarət nümayəndəsi – Ceymison Qrir, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin. Toğrul Əli, Medianews.az

Bizə qoşulun