Medianews.az
Rusiya baş redaktoru <span style=color:red>axtarışa verdi
148 baxış

Rusiya baş redaktoru axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi daha bir jurnalisti, "Dojd" telekanalının baş redaktoru Tixon Dzyadkonu axtarışa verib. Medianews.az bildirir ki, Dzyadkonun adı Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilənlərin siyahısına əlavə olunsa da, onun nəyə görə axtarıldığı, nədə ittiham olunduğu açıqlanmayıb. 2022-ci ilin oktyabrında Ədliyyə Nazirliyi Tixon Dzyadkonu "xarici agent" elan edib. 2023-cü ilin iyul ayında isə "Dojd" telekanalı "arzuolunmaz" media reyestri siyahısına düşüb. Elə həmin ay Moskva Qolovinski Rayon Məhkəməsi "Dojd"u material yayarkən "xarici agent" nişanından istifadə etmədiyinə görə 35 min rubl cərimələyib. 2024-cü ilin fevral ayında isə Moskvanın Ostankino Rayon Məhkəməsi Tixon Dzyadkoya qarşı ittiham irəli sürüb. Məhkəmə onu Rusiya əleyhinə fəaliyyət göstərən "arzuolunmaz" təşkilatda iştirak etməkdə təqsirli bilib. Aprelin sonunda Daxili İşlər Nazirliyi "Dojd"un "xarici agent" sayılan jurnalisti, eyni zamanda "Wonderzine" jurnalının baş redaktoru Yuliya Taratutan barəsində də axtarış elan edib. Medianews.az

Bizə qoşulun