Medianews.az
"Bayden Ukraynaya pəncərədən pul səpələyib" - <span style=color:red>Donald Tramp
170 baxış

"Bayden Ukraynaya pəncərədən pul səpələyib" - Donald Tramp

"ABŞ Ukraynaya təxminən 350 milyard dollar ayırıb". Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə deyib. "Biz Ukraynaya nə qədər pul vermişik? Real rəqəm təxminən 350 milyard dollardır, bu, ağlasığmazdır. Bayden Ukraynaya pəncərədən pul səpələyib", - deyə o, vurğulayıb. Cozef Bayden 2021-ci il yanvarın 20-dən 2025-ci il yanvarın 20-dək ABŞ-ın Prezidenti olub. Donald Tramp 2025-ci il yanvarın 20-dən ABŞ-ın Prezidentidir. O, 2017-2021-ci illərdə də Prezident olub. 2022-ci ilin fevralından Rusiya Ukraynaya qarşı geniş miqyaslı müharibə aparır. Baydenin hakimiyyəti dövründə ABŞ Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar göstərilməsi məqsədilə çoxsaylı qərarlar qəbul edib.

Bizə qoşulun