O bildirib ki, direktor yalnız inzibati rəhbər deyil, eyni zamanda məktəbin inkişafını təmin edən lider və komanda qurucusudur: “Bu gün bir çox problemlərin – istər kadr seçimi, istər tədris prosesinin təşkili, istərsə də məktəbdaxili münasibətlərin sağlamlaşdırılması məsələlərinin kökündə rəhbərin münasibəti dayanır. Əgər direktor öz vəzifəsinə həqiqətən vicdanla yanaşırsa, məktəbdə müsbət dəyişikliklər qısa müddətdə hiss olunur: müəllimlər daha motivasiyalı olur, şagirdlərin uğurları artır, valideynlər məktəbə etibar edir, tədris prosesində yeniliklər və şəffaflıq təmin edilir. Əks halda isə idarəetmədə laqeydlik və şəxsi maraqlar ön planda olduqda, məktəbdə durğunluq və narazılıq hökm sürür, nəticədə təhsilin keyfiyyəti ciddi şəkildə zərər görür”.
Ekspert vurğulayıb ki, təhsil islahatlarının real təsiri məhz məktəb rəhbərlərinin fəaliyyətində əks olunmalıdır: “Direktor öz məsuliyyətini dərindən dərk etdikdə, bütün kollektivin potensialı üzə çıxır və məktəb cəmiyyət üçün nümunəvi bir məkana çevrilir. Bu səbəbdən, təhsilin gələcəyi və inkişafı məhz direktorların peşəkar və məsuliyyətli idarəçiliyindən keçir”.
Toğrul Əli,
Medianews.az
27.04.2025, 16:00
157 baxış
Azad
Bu, direktorlardan asılıdır - Ekspert
“Məktəblərin uğuru və təhsilin keyfiyyəti birbaşa məktəb direktorunun peşəkarlığından, vicdanından və məsuliyyətindən asılıdır”. Təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: