Medianews.az
“AzParking"dən narazlıq <span style=color:red>böyüyür
112 baxış

“AzParking"dən narazlıq böyüyür

Ötən ildən paytaxtın müxtəlif yerlərində avtomobillərin saxlanma müddətinə görə ödənişlər müəyyən olunub. Bu xidməti "Azparking" həyata keçirir. Avtomobillərin parklanması üçün ayrılan yerlərdə olan "Azparking" əməkdaşları sürücülərin sistemdən istifadəsinə nəzarət edir, əgər sürücü avtomobili saxlayıb sistemi işə salmadısa, cərimə də həmin əməkdaşlar tərəfindən qeyd olunur.  Məlumdur ki, sürücülər avtomobili saxlayarkən müəyyən vaxt seçirlər və seçdikləri vaxtın bitməsinə 10 dəqiqə qalmış tətbiq parklanma vaxtının bitməsinin yaxınlaşması ilə bağlı sürücüyə xəbərdarlıq bildirişi göndərir. Son zamanlar parklanma ilə bağlı narazılıqlar artıb. Məlumata görə, "Azparking" əməkdaşları avtomobilləri cərimələməklə məşqul olur, avtomobillərin düzgün park olunmasına isə nəzarət etmir. "Sürücülərin cərimələnməsinə səbəb onların avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmamasıdır" Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Fərid Həşimov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, cərimələr "Yol Hərəkəti haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir: "Qanuna əsasən, ödəniş etmədən parklanma yerini tərk etmiş avtomobil sürücüsü cərimələnir. Ödəniş etməyən sürücüyə cəriməni Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları yazır, onun haqqında inzibati qaydada protokol tərtib olunur. "AzParking" əməkdaşları sadəcə qeydiyyat aparır. Sürücülərin cərimələnməsinə səbəb avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmamasıdır. Belə ki, sürücü nəqliyyat vasitəsini park etdikdən sonra mobil tətbiq açmalı  və parklanmanın başladığını təsdiq etməlidir. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini "1181" qısa nömrəsinə göndərməlidirlər. Sürücülər avtomobili park etdikləri məntəqə ilə mobil tətbiqdə seçdikləri məntəqə nömrəsinin eyniliyinə əmin olmalıdırlar. Mobil tətbiqdəki məntəqə sıralamasının onlara aid olduğu düzgün seçilməlidir. Bir yalnış rəqəm cərimələnməyə səbəb olur. Sürücüləri narazı salan əsas məqam parkinq qiymətlərinin baha olmasıdır. Şəxsin iş yeri şəhərin mərkəzindədirsə müəyyən güzəşt olmalıdır".
Günel CƏLİLOVA "Bakı Xəbər" qəzeti, 26 aprel, 2025

Bizə qoşulun