22.04.2025, 14:09
164 baxış
Lamiyə
Sağlam həyat tərzi ilə bağlı əsas mif - Həkim açıqladı
“Orqanizmə hərtərəfli sağlamlıq faydası təmin edən super qidalar yoxdur”.
Medianews.az xəbər verir ki, bunu terapevt Dawn Harper deyb.
Harper, tək başına heç bir məhsulun uzun və sağlam həyat şansınızı artırmağa kömək etməyəcəyini söyləyib.
Terapevtin fikrincə, menyunuza superfud kimi tanınan bir məhsulu daxil etməkdən asılı olmayaraq, sadəcə olaraq müxtəlif qidalar yemək lazımdır. Özü də göy qurşağı qaydasına riayət edir, yəni mümkün qədər çox rəng ehtiva edən bir yeməyi hazırlamağa çalışır. Harperin qidalanmada digər prinsipləri tərəvəzləri əsas yemək, ət və ya digər zülalları isə ona əlavə kimi qəbul etməkdir.
Medianews.az
Paylaş: