Medianews.az
DƏHŞƏT: Balaca qız 2 həftə ana və qardaşının<span style=color:red> cəsədləri ilə YAŞADI
166 baxış

DƏHŞƏT: Balaca qız 2 həftə ana və qardaşının cəsədləri ilə YAŞADI

ABŞ-də dörd yaşlı qız iki həftə anasının və qardaşının cəsədləri ilə yaşayıb. Medianews.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində baş verib. Dörd yaşlı Promis qohumları tərəfindən tapılıb. Onlar uzun müddət qızın anası 38 yaşlı Liza Kotton ilə əlaqə saxlaya bilməyib və onun evini yoxlamaq qərarına gəliblər. Qapı bağlı olduqda qohumlar polisə müraciət ediblər. Polis kilidi açdıqdan sonra evdə Liza və onun səkkiz yaşlı oğlu Nazir Millienin meyitlərini görüb. Ehtimal olunur ki, astma xəstəliyindən əziyyət çəkən Lizanın ürəyi dayanıb və o birinci dünyasını dəyişib. Nazir vaxtından əvvəl doğulmuşdu və ona zont vasitəsilə qidalanmaq lazım idi. Polis hesab edir ki, anasını itirdikdən sonra o, heç nə yeyə bilməyib. Promis iki həftə onlarla yaşadı. Bütün bu müddət ərzində o, yalnız şokolad yeyib. Qonşuların sözlərinə görə, qızı daha əvvəl xilas etmək olardı. Nəyinsə səhv olduğunu görüb, bir neçə gün əvvəl kömək üçün Uşaq Xidmətləri ilə əlaqə saxladılar. İşçilər Lizanın yanına gəliblər, qapını döyüblər və cavab ala bilməyib gediblər. Üstəlik, qonşuların dediyi kimi, polis də belə edib. Məlumdur ki, Liza artıq uşaqlara etinasızlıqda ittiham olunub. 2021-ci ildə o, kiçik Promis ilə gedərkən küçədə yanğın yandırmağa çalışdığı üçün həbs olunub.  Qadın cəzalandırılmalı idi, lakin iş dondurulub. Medianews.az

Bizə qoşulun