Medianews.az
Arvadını güllələdi, həmin silahla<span style=color:red> İNTİHAR ETDİ
278 baxış

Arvadını güllələdi, həmin silahla İNTİHAR ETDİ

Türkiyədə taksi sürücüsü Ferhan Dürçek mübahisə zəminində ukraynalı arvadı Hanna Dürçeki tapança ilə vuraraq öldürüb, sonra isə həmin silahla intihar edib. Medianews.az xəbər verir ki, hadisə İstanbulun Zeytinburnu rayonunda, ötən gecə baş verib. Zeytinburnuda tərcüməçi işləyən Hanna Dürçeklə əri arasında borc ucbatından mübahisə düşüb. Mübahisə böyüyərkən Ferhan Dürçek evdə olan silahla həyat yoldaşını güllələyib. Bədəninə 3 güllə dəyən qadın hadisə yerində dünyasını dəyişib. Ferhan Dürçek də eyni silahla intihar edib. Hadisə zamanı evin eyvanında oturan qızları Leyla Dürçek (25) və kişinin bacısı Gülcan Dürçek silah səslərini eşidib içəri girərək vəziyyəti polis və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn qrupların araşdırması nəticəsində cütlüyün həyatını itirdiyi müəyyən edilib Cütlüyün daha əvvəl də Ferhan Dürçekin borclarına görə tez-tez mübahisə etdiyi iddia edilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Medianews.az

Bizə qoşulun