Medianews.az
Ağır qəza keçirən aktyor paylaşım etdi – <span style=color:red>FOTO
181 baxış

Ağır qəza keçirən aktyor paylaşım etdi – FOTO

Ötən gün “Gönül dağı” serialının aktyoru Berk Atan və restoran sahibi Aybike Taşkını daşıyan VİP mikroavtobus qəza edib. Medianews.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanada müalicə alan Berk Atan qəzadan sonra səhhətinin vəziyyəti ilə bağlı sosial media hesabından açıqlamanı verib. "Dostlar, son vəziyyəti burada paylaşmaq istədim ki, bunu birbaşa məndən eşidəsiniz. Hazırda sağ qabırğamda görünən 6 sınıq və qığırdaq parçalanması var. Bu gün səhər saatlarında sınıq parçaların ağciyərə nüfuz etməsi nəticəsində ağciyərin qanaxması və çökməsinin müalicəsi üçün dren qoyulub. Çətin bir prosesdən keçirik, amma hər şeyə baxmayaraq Allaha şükürlər olsun. Deyəsən, ən azı bir həftə xəstəxanada qalacağıq. Dua və xoş arzularını çatdıran hər kəsə təşəkkür edirəm", - aktyor açıqlayıb. Medianews.az

Bizə qoşulun