18.04.2025, 12:31
103 baxış
Azad
Ukraynada hərbi vəziyyət uzadıldı – Seçki keçirilə bilməz
Ukraynanın Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyəti, səfərbərliyi daha 90 gün uzadıb.
Medianews.az-ın məlumatına görə, aprelin 18-də Prezident Zelenski hərbi vəziyyəti, eləcə də ümumi səfərbərlik müddətinin uzadılmasını nəzərdə tutan yeni qanunları imzalayıb.
Hər iki rejim üç ay uzadılır və 6 avqusta qədər qüvvədə qalacaq.
Məlum olduğu kimi, Ukraynada mövcud hərbi vəziyyət Rusiyanın bu ölkəyə geniş miqyaslı hücuma başladığı 2022-ci ildən qüvvədədir və artıq 15-ci dəfədir ki, eyni səbəbdən uzadılır.
Hərbi vəziyyət dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı, prezident və parlament seçkiləri də keçirilə bilməz.
Medianews.az
Paylaş: