Medianews.az
5-ci sinif şagirdi müəllimin başını<span style=color:red> çəkiclə VURDU - VİDEO/FOTO
212 baxış

5-ci sinif şagirdi müəllimin başını çəkiclə VURDU - VİDEO/FOTO

Rusiyada 5-ci sinif şagirdi dərsdə riyaziyyat müəlliminə hücum edərək başını çəkiclə vurub. Medianews.az xəbər verir ki, hadisə Moskva vilayətinin Mirnı kəndindəki 51 saylı məktəbdə baş verib. 13 yaşlı oğlan çantasından çəkic götürüb, birinci partadan durub və aləti 69 yaşlı müəllimin başına vurub. Daha sonra isə sinifdən qaçıb. Sonradan məlum olduğu kimi, onun çantasında bıçaq da olub. Oğlan digər uşaqlar kimi hadisədən sonra qaçmağa çalışan sinif yoldaşını dəhlizdən buraxmamağa çalışıb. Müəllimə beyin silkələnməsi, kəllə-beyin travması və kəsik diaqnozu qoyulub. Qadın hazırda xəstəxanadadır. Hücumdan sonra məktəbli valideynləri ilə birlikdə polis bölməsinə çağırılıb. Və yeniyetmənin atası təhsil müəssisəsinin rəhbərliyi ilə görüşə dəvət edilib. Onun tam və firavan ailəsi olduğu qeyd edilir. Xəsarət alan müəllim isə oğlanla riyaziyyatdan əlavə müəllim kimi işləyib. İstintaq şagirdlə müəllim arasında münaqişənin olub-olmadığını müəyyənləşdirir. Medianews.az

Bizə qoşulun