Medianews.az
Qarik Xarlamov təcili xəstəxanaya <span style=color:red>aparıldı
113 baxış

Qarik Xarlamov təcili xəstəxanaya aparıldı

Rusiyanın tanınmış komiki Qarik Xarlamov çəkiliş meydançasından birbaşa xəstəxanaya aparılıb. Medianews.az oxu.az-a istinadən xəbər verir ki, insident yumoristin münsif kimi çıxış etdiyi yeni verilişin çəkilişləri zamanı baş verib. Belə ki, Q.Xarlamovun rejissorla əlaqə saxladığı mikroqulaqlıq onun qulağında ilişib qalıb. Komik qulaqlığı özü çıxartmağa çalışarkən, cihaz daha da dərinə gedib. Nəticədə, çəkilişlər dayandırılıb və artist təcili xəstəxanaya aparılıb. Həkimlərin sözlərinə görə, qulaqlıq çıxarıldıqdan sonra Q.Xarlamov müvəqqəti olaraq, eşitmə qabiliyyətini itirə bilər.

Bizə qoşulun