15.04.2025, 14:18
134 baxış
Lamiyə
Pakistanda bombalı hücum, ölənlər var
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 3 polis ölüb, 19 nəfər isə yaralanıb.
Ölkənin Baş naziri Şahbaz Şərif hücumu pisləyib və terrorla mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Hücumun Bəlucistan Azadlıq Ordusu tərəfindən həyata keçirildiyi bildirilib.
Paylaş: