14.04.2025, 09:17
211 baxış
Lamiyə
Satıcı quldurun əlindən silahı belə aldı – ANBAAN VİDEO
Braziliyada bir mağaza sahibi quldurun əlindən silahı qopararkən videoya düşüb.
Medianews.az xəbər verir ki, hadisə aprelin 7-də, Rio-Qrande-du-Sul ştatında baş verib.
Müşahidə kamerasına cinayətkarın satış sahəsinə daxil olaraq kassada oturan mağaza sahibinə silah doğrultması və ondan pulu təhvil verməsini tələb etməsi düşüb.
Həmin şəxs kassanı açıb bir neçə əskinas çıxarıb soyğunçuya verib. O, pulu götürmək üçün üz çevirəndə mağaza sahibi silahı onun əlindən alıb. Bundan sonra cinayətkar qaçıb, mağaza sahibi isə tapança ilə onun arxasınca gedib.
Quldur qaça bilsə də, sonradan polis tərəfindən saxlanılıb. Məlum olub ki, o, əvvəllər narkotik saxlama, hədə-qorxu və zorlamaya görə cəza çəkib.
Medianews.az
[playlist type="video" ids="813010"]
Paylaş: