14.04.2025, 10:33
277 baxış
Lamiyə
Pələng çiçək yığan qadını PARÇALADI
Hindistanda pələng çiçək yığan qadını parçalayıb.
Medianews.az xəbər verir ki, hadisə çərşənbə günü, aprelin 9-da, Maharaştra, Çadrapur rayonunun Mohbodi meşəsində baş verib.
Mohbodi meşəsi pələnglərin yaşadığı Tadoba-Ankxari Vəhşi Təbiət Qoruğunun bufer zonasında yerləşir. İlin əvvəlindən bu ərazidə pələnglərin hücumu nəticəsində 10 nəfərin öldüyü bildirilir.
Meşə idarəsi yerli sakinlərə xəbərdarlıq edib və onları diqqətli olmağa çağırıb. Ötən il Çandrapurda yırtıcıların 29 ölümcül hücumu qeydə alınıb.
Medianews.az