Medianews.az
Mərakeş kralı yüzlərlə məhbusu<span style=color:red> əfv edib
119 baxış

Mərakeş kralı yüzlərlə məhbusu əfv edib

Mərakeş kralı yüzlərlə məhbusu əfv edib. Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Mərakeş Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, Mərakeş Kralı VI Məhəmməd terrorizm və ekstremizm cinayətlərinə görə məhkum edilmiş 31 nəfər də daxil olmaqla, 1 533 məhbus barəsində Ramazan bayramı münasibətilə əfv qərarı verib. Qeyd edilir ki, Mərakeşdə konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq, milli və ya dini bayram günlərində müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslar üçün amnistiya qərarı verilə bilər.

Bizə qoşulun